“Neftçi”nin baş məşqçisi: “Çətin olacaq”

Xəbərlər
5 İyul 2024 18:27
301
“Neftçi”nin baş məşqçisi: “Çətin olacaq”

“Rəqibimiz təcrübəli və keyfiyyətli oyunçulardan ibarətdir”.

Bunu İdman.bizə qadın futbolçulardan ibarət “Neftçi”nin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Çempionlar Liqasının püşkünü dəyərləndirib. Əsgərov bildirib ki, “Sankt Polten” (Avstriya) güclü rəqibdir: “Bundan əvvəlki illərdə komanda pley-off və qrup mərhələsində iştirak edib. Təbii ki, bizim üçün çətin olacaq. Onu da nəzərə alaq ki, ilk dəfə bu turnirdə çıxış edəcəyik. Amma vaxtımız var, rəqibi yaxşı analiz etməli və ən yaxşı oyunumuzu sərgiləməliyik”.

Çalışdırıcı qrupun digər komandalarını da eyni səviyyədə görür: “İlk oyunumuza maksimum köklənib, rəqibin güclü və zəif tərəflərini analiz edəcəyik. Çalışacağıq ki, ən yaxşısını ortaya qoyaq”.

Qeyd edək ki, qrupun digər cütündə “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) qarşılaşacaq. Ayın 7-də yarımfinalın qalibləri 2-ci raunda yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək. İlk oyun günündə uduzanlar isə 3-cü yer uğrunda mübarizə aparacaq. Bu qrupun qarşılaşmaları eyni ölkədə keçiriləcək.

Emin Ağa
İdman.biz