Messinin ikinci xətası, 50 faizlik qapıçı

Xəbərlər
5 İyul 2024 10:30
737
Messinin ikinci xətası, 50 faizlik qapıçı

Amerika kubokunun 1/4 final mərhələsinin ilk oyununda Argentina ilə Ekvador qarşılaşıb.

İdman.biz xəbər verir ki, İFFHS bu görüşlə bağlı statistik hesabat hazırlayıb.

Ekvador 1993-cü ildən sonra ilk dəfə yarımfinala çıxmağa yaxın olsa da, imkanı qaçırıb.

Ekvador 2001-ci ildə Venesuelaya 4:0 hesabı ilə qalib gəldiksən sonra KONMEBOL təmsilçilərini uda bilmir. Bu müddətdə 20 oyunda 7 heç-heçə və 13 məğlubiyyət qeydə alınıb.

Ekvador KONMEBOL-da yeganə komandadır ki, Amerika kuboku tarixində heç bir oyunda fasiləyə məğlub yollananda sonda qalib gəlməyib. 67 dəfə ilk hissədən sonra uduzan komanda cəmi 5 heç-heçə edib, 62 dəfə məğlubiyyətlə üzləşib.

17 yaş 61 günlük ekvadorlu Kendri Paes Amerika kuboku tarixində 1/4 finalın ən gənc iştirakçısıdır.

Lisandro Martines Argentina millisindəki ilk qolunu 21-ci oyununda vurub.

Argentinanın son 28 qolundan 2-si başla vurulub. Lisandro Martinesə qədər buna Qvido Rodriges nail olub.

Lisandro Martines 2016-cı ildən sonra Amerika kubokunda qol vuran ilk argentinalı müdafiəçidir. 8 il əvvəl Viktor Kuesta Boliviya ilə görüşdə fərqlənib. O, qrup mərhələsində qol vurub. Amerika kubokunun pley-offunda qola sevinən son argentinalı müdafiəçilər Qabriel Hayntse (2007-ci il Meksika ilə oyun) və Markos Roxodur (2015-ci il Paraqvayla oyun). Maraqlıdır ki, onların hamısı başla qol vuranda “Mançester Yunayted”in oyunçusu olublar.

Enner Valensiya Amerika kubokuna iki penalti qaçıran ilk ekvadorludur. O, 2015-ci ildə Boliviyaya da qol vura bilməyib.

Argentina 2004-cü ilin Braziliya ilə finalından sonra ilk dəfə Amerika kubokunun uzatma dəqiqələrində qapısında qol görərək qələbəni əldən verib. Bu topu Kevin Rodriges vurub. 20 il əvvəl isə Adriano 90+3-cü dəqiqədə fərqlənib.

Lionel Messi oyun ərzində topa cəmi 32 dəfə toxunub. Bu, onun 2011-ci ildəki Amerika kubokundan sonra 90 dəqiqə meydanda olduğu rəsmi matçlardakı ən aşağı göstəricisidir.

Messi Amerika kubokunun penaltilər seriyasında 6-cı zərbəsindən 2-ci dəfə qol vura bilməyib.

Emiliano Martines Argentina millisindəki 4 penalti seriyasının hamısında qalib olub. 2021-ci ildə Amerika kubokunun Kolumbiya, DÇ-2022-nin Niderland və Fransa ilə görüşlərində qapıçı sevinən tərəfdə yer alıb.

Martines bu 4 seriyada 18 penaltidən 9-nu buraxıb. 50 faizlik göstəriciyə malik qolkiper 8 dəfə topu qaytarıb, 1 dəfə zərbə çərçivəyə düşməyib.

Ekvador Amerika kubokundakı hər iki penaltilər seriyasında uduzub. 1997-ci ildə Meksika da daha dəqiq olub.

Qeyd edək ki, Argentina 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında qalib gəlib – 4:2.

İdman.biz

Məqalədə: