“Turan Tovuz”da baş məşqçi təyinatı rəsmiləşib.
İdman.biz xəbər verir ki, bunu Qərb təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Tovuz klubunu rusiyalı Kurban Berdıyev çalışdıracaq. 72 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Əsasən Rusiya “Rubin”indəki uğurları ilə tanınan Berdıyev vətənində “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala), Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”a rəhbərlik edib. “Pro” kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Premyer Liqadakı ilk iki mövsümdə “Turan Tovuz”u Ayxan Abbasov çalışdırıb.
İdman.biz