“Zirə”nin “Şerif”lə oyunlarının saatı dəqiqləşib

Xəbərlər
24 İyun 2024 12:54
247
“Zirə”nin  “Şerif”lə oyunlarının saatı dəqiqləşib

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin Moldova “Şerif”i ilə oyunlarının başlama saatı açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 11-də “Şerif” İdman Kompleksinin əsas arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Cavab qarşılaşması isə bir həftə sonra “Liv Bona Dea Arena”da baş tutacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu mərhələni adlayacaq komanda II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.

İdman.biz

Məqalədə: