“Şamaxı”nın mərakeşli futbolçusu: “Çempionatın səviyyəsi yüksəlib”

17 Sentyabr 2026 15:51
98
“Şamaxı”nın mərakeşli futbolçusu: “Çempionatın səviyyəsi yüksəlib”

“Şamaxı”nın mərakeşli yarımmüdafiəçisi Ayman Bual Azərbaycan Premyer Liqasının yeni mövsümü və komandanın qarşıdakı oyunu barədə fikirlərini bölüşüb.

Futbolinfo.az saytına açıqlama verən futbolçu ölkə çempionatında rəqabətin gücləndiyini bildirib.

“Artıq Azərbaycanda ikinci mövsümümdür. Ölkəni də, liqanı da sevirəm. Düşünürəm ki, bu mövsüm rəqabət daha güclüdür və çempionatın səviyyəsi yüksəlib. Stadionlardakı atmosfer də xoşuma gəlir. Məsələn, Gəncə stadionunda “Kəpəz”lə oyunda möhtəşəm atmosfer var idi. Həmin qarşılaşmada “Kəpəz” azarkeşlərinə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür etmək istəyirəm. Bu, karyeramda keçirdiyim ən yaxşı oyunlardan biri idi”.

Ayman Bual növbəti turda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri görüşdən də danışıb:

“Növbəti oyuna qələbə üçün hazırlaşırıq. Bu, öz stadionumuzda keçirəcəyimiz ilk oyun olacaq. Azarkeşlərimizə müraciət etmək istəyirəm: gəlib bizi dəstəkləsinlər. Onlara ehtiyacımız var. Biz də öz növbəmizdə doğma meydanda hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

İdman.Biz