“Espanyol” La Liqada!

Xəbərlər
23 İyun 2024 23:22
129
“Espanyol” La Liqada!

“Espanyol” bir mövsümdən sonra İspaniya La Liqasına dönüb.

İdman.biz xəbər verir ki, Kataloniya təmsilçisi pley-offun finalında qələbə qazanıb.

Sequndanı 4-cü pillədə başa vuran “Espanyol” yarımfinalda “Sportinq Xixon”, finalda isə “Ovyedo”dan güclü olub. Səfərdə 0:1 hesabı ilə uduzan kataloniyalılar evdə rəqib qapısından 2 cavabsız top keçiriblər.

Qeyd edək ki, La Liqaya vəsiqə qazanan digər komandalar “Leqanes” və “Valyadolid” olub.

İdman.biz