Almaniyalı futbolçu Tomas Müller “Vankuver Uaytkeps”lə müqaviləsinin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat yayılıb.
Almaniyalı futbolçunun Kanada klubu ilə yeni müqaviləsi 2027-ci ilin yazında MLS mövsümünün sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, 2027-ci ildə MLS “payız-yaz” sisteminə keçəcək. Bundan əvvəl isə ilin ilk yarısında qısaldılmış mövsüm keçiriləcək.
Tomas Müller 2025-ci ilin avqustundan “Vankuver Uaytkeps”də çıxış edir. O, komandanın heyətində Kanada çempionu olub və MLS-in gümüş medalını qazanıb.
Müller indiyədək “Uaytkeps”in heyətində 45 oyuna çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
