“Şafa” FK-nın prezidenti Joan Laporta ilə görüşüb

29 Sentyabr 2026 21:18
77
“Şafa” FK-nın prezidenti Joan Laporta ilə görüşüb

Kopenhagendə Avropa Futbol Klubları Təşkilatının 33-cü Baş Assambleyası keçirilir.

İdman.Biz xəbər verir ki, tədbirdə “Şafa”nı klubun prezidenti Kənan Sadıqlı və “MyGroup” holdinqinin rəhbəri Emil İsgəndərov təmsil edirlər.

Danimarkanın paytaxtında onlar bir sıra klubların nümayəndələri və tanınmış şəxslərlə görüşüblər. Kənan Sadıqlı və Emil İsgəndərov “Barselona”nın prezidenti Joan Laporta ilə də görüşüb, xatirə olaraq birgə foto çəkdiriblər.

İdman.Biz