MOİK fasilə dönəmindəki planlarını dəyişdi

29 Sentyabr 2026 17:01
77
MOİK fasilə dönəmindəki planlarını dəyişdi

Birinci Liqa təmsilçisi MOİK futbol komandası millilərin oyunları ilə bağlı yaranan fasilə dönəmindəki planları dəyişib.

Bu barədə “hərbçilər”in sözçüsü Araz Əhmədov məlumat verib:

“Fasilə dönəmində iki yoxlama oyunu keçirilməsi nəzərdə tutulsa da, komanda bir sınaq matçına çıxacaq. MOİK oktyabrın 2-də Binə qəsəbə stadionunda “Xankəndi” ilə üz-üzə gələcək. Həmin matçdan sonra dördüncü turda “Mingəçevir”ə qarşı keçiriləcək görüşün hazırlıqları başlayacaq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, üç oyuna dörd xal toplayan MOİK Birinci Liqanın turnir cədvəlində beşinci pillədə mövqe tutub.

İdman.Biz
Məqalədə: