“Gəncəbasar” ev oyununu Gəncədə keçirməyəcək

29 Sentyabr 2026 16:31
90
“Gəncəbasar” ev oyununu Gəncədə keçirməyəcək

Birinci Liqa təmsilçisi “Gəncəbasar” futbol komandası növbəti ev oyununu Gəncə şəhər stadionunda keçirməyəcək.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, komanda çempionatın dördüncü turunda “Baku Sportinq”i Yevlax şəhər stadionunda qəbul edəcək.

Gəncədəki stadionun ot örtüyündə problem yarandığından rəhbərlik Yevlaxda oynamaq variantını uyğun sayıb.

Xatırladaq ki, bu yay “Kəpəz”in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri “Cəbrayıl”ı alıb və klubun adı dəyişdirilib. Elhad Nəzirinin rəhbərlik etdiyi “Gəncəbasar” Birinci Liqanın ilk üç turunda maksimum xal toplayıb. Sözügedən kollektiv turnir cədvəlinin ikinci liderindən biridir.

İdman.Biz