Misli Premyer Liqasında doqquzuncu turun oyun cədvəli müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Turun mərkəzi görüşü olan “Sabah” - “Qarabağ” qarşılaşması “Dalğa Arena”da keçiriləcək.
Misli Premyer Liqası
Birinci dövrə, Doqquzuncu tur
23 oktyabr
15:00. “Araz-Naxçıvan” - “Qəbələ”
Şamaxı şəhər stadionu
19:00. “Zirə” - “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
24 oktyabr
16:30. “Şəfa” - “Kəpəz”
“SOCAR Polymer Arena”
19:00. “Neftçi” - “Turan Tovuz”
“Palms Sports Arena”
25 oktyabr
15:00. “İmişli” - “Şamaxı”
Yevlax şəhər stadionu
18:00. “Sabah” - “Qarabağ”
“Dalğa Arena”
Qeyd edək ki, oktyabrın 9-da “Dalğa Arena”da Peşəkar Futbol Liqası tərəfindən yekun baxış və uyğunluğun təsdiqlənmə prosesi həyata keçiriləcək.
