İlkin Qırtımov futbolçu karyerasını başa vurdu

29 Sentyabr 2026 17:57
91
İlkin Qırtımov futbolçu karyerasını başa vurdu

“Məşqçi kimi yoluma davam edəcəyəm”

Bu sözləri “Zaqatala”nın futbolçusu İlkin Qırtımov deyib.

Azərbaycan millisinin sabiq üzvü futbolçu karyerasını başa vurduğunu bildirib.

“Bəli, rəsmi olaraq açıqlamamışam, ancaq bu, belədir. Karyeramı bitirmişəm. Məşqçi kimi yoluma davam edəcəyəm. C kateqoriyasına sahibəm. Məşqçilik kursuna bir neçə aydır ki, başlamışdım. Artıq təlimi başa vurmuşam”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

35 yaşlı Qırtımov karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Kəpəz”, “Zirə” kimi klublarda da forma geyinib.

İdman.Biz