Polşalı qapıçı 2 ilə 19 milyon avro qazanacaq

Xəbərlər
23 İyun 2024 22:18
231
Polşalı qapıçı 2 ilə 19 milyon avro qazanacaq

Voytsex Şçesnının “Yuventus”u tərk edəcəyi dəqiqləşib.

İdman.biz xəbər verir ki, polşalı qapıçı “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayacaq.

O, Səudiyyə Ərəbistanı klubunda 2 mövsümə 19 milyon avro qazanacaq. “Yuventus” bu transferdən 4 milyon gəlir əldə edəcək.

Qeyd edək ki, Şçesniyin Turin klubu ilə 2025-ci ilin yayına kimi müqaviləsi var idi.

İdman.biz