“Qarabağ”dan Türkiyəyə?

Xəbərlər
21 İyun 2024 11:49
630
“Qarabağ”dan Türkiyəyə?

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirə bilər.

İdman.biz yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi “Bandırmaspor”un diqqət mərkəzinə düşüb.

Lakin hələlik tərəflər arasında rəsmi razılıq yoxdur.

Qeyd edək ki, “Qarabağ” mövsümün sonunda müqaviləsi başa çatan Diakabi ilə vidalaşıb. O, Premyer Liqada son mövsümdə 16 oyunda 5 qol, 2 assistlə yadda qalıb.

İdman.biz