Raumun seçimi bəlli oldu: “Mançester Yunayted”ə keçmək istəyir, “Yuventus” rəqibdir

1 Oktyabr 2026 23:52
59
Raumun seçimi bəlli oldu: “Mançester Yunayted”ə keçmək istəyir, “Yuventus” rəqibdir

“Mançester Yunayted” futbol klubu “RB Leyptsiq”in sol cinah müdafiəçisi David Raumla marağını yenidən bərpa etməyə hazırlaşır.

İdman.Biz "TEAMtalk"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “qırmızı şeytanlar”ın düşərgəsinə keçmək istəyir. Raumun transferi uğrunda mübarizədə “Mançester Yunayted”in rəqibi “Yuventus”dur.

“RB Leyptsiq”in müdafiəçinin transferi ilə bağlı danışıqlara 30 milyon funt-sterlinqdən (35 milyon avro) başlayan məbləğdən start verə biləcəyi bildirilir.

Raum cari mövsümdə bütün turnirlərdə 6 matçda iştirak edib. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz