“Arsenal” Niko Pas üçün hərəkətə keçir – “Real”ın 80 milyon avroluq planı

1 Oktyabr 2026 23:23
65
“Arsenal” Niko Pas üçün hərəkətə keçir – “Real”ın 80 milyon avroluq planı

“Arsenal” futbol klubu “Komo”nun hücumameyilli yarımmüdafiəçisi Niko Pasla maraqlanır və qış transfer pəncərəsində onun transferi üçün təklif irəli sürə bilər.

İdman.Biz "El Desmarque"yə istinadən xəbər verir ki, Madrid “Real”ı 22 yaşlı futbolçunun London klubuna mümkün keçidinə mane ola bilər. “Komo” Pası “kral klubu”ndan 60 milyon avroya alsa da, “Real”ın 2027-ci ilin yayında futbolçunu 80 milyon avro qarşılığında geri qaytarmaq hüququ var.

Pas cari mövsümdə bütün turnirlərdə 6 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Komo” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına əsasən, 22 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 80 milyon avrodur.

İdman.Biz