Azərbaycan FİFA reytinqində irəliləyib

Xəbərlər
20 İyun 2024 12:05
399
Azərbaycan FİFA reytinqində irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi dünyada 111-cidir.

Yığmamızın hesabında 1179,88 xal var. Azərbaycan millisi ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Buna Albaniya (1:3) və Qazaxıstanla (3:2) görüşlər səbəb olub.

Millimiz iki komandanı – Konqo və Mavritaniyanı keçib. Amma KXDR yığmamızı arxada qoyub.

Qeyd edək ki, siyahıya 1860,14 xala malik Argentina başçılıq edir.

İdman.biz

Məqalədə: