Avropa Liqasında cütlər bilinib: “Trabzonspor”un rəqibi dəqiqləşib

Xəbərlər
19 İyun 2024 15:14
319
Avropa Liqasında cütlər bilinib: “Trabzonspor”un rəqibi dəqiqləşib

Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunub.

Püşkə 6 cüt və 12 klub qatılıb. Onlar 9 cütlük təşkil edib. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "Zirə"nin potensial rəqibi də bəlli olub. Türkiyə "Trabzonspor"u da mümkün rəqibini tanıyıb.

II təsnifat mərhələsi
"Ayaks" - "Voyvodina"
"Rujomberok" – "Tobol" cütünün qalibi - "Trabzonspor"
"Llapi" – "Visla" K cütünün qalibi - "Rapid" V
"Kilmarnok" - "Serkl Brügge"
"Molde" - "Silkeborq"
"Paksi" – "Korvinul" cütünün qalibi - "Riyeka"
"Braqa" - "Makkabi" PT
"Panatinaikos" - "Botev" – "Maribor" cütünün qalibi
"Şerif" – "Zirə" cütünün qalibi - "Elfsborq" – "Pafos" cütünün qalibi

Qeyd edək ki, ilk raundun matçları iyulun 11-də və 18-də keçiriləcək.

İdman.biz

Məqalədə: