Almaniyanın “Ştutqart” klubunda çıxış edən mərkəz müdafiəçisi Finn Yelç bir sıra Avropa klublarının maraq dairəsinə düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Ekrem Konurun sosial şəbəkə hesablarında məlumat yayılıb.
20 yaşlı futbolçunun çıxışlarını “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”, “Bavariya”, “Yuventus” və Madrid “Real”ı izləyir. “Ştutqart” rəhbərliyi Yelçin transferi üçün 50-60 milyon avro tələb edir.
Yelç cari mövsümdə Almaniya çempionatında dörd oyuna çıxıb. Bu görüşlərdə bir məhsuldar ötürmə verən müdafiəçi bir dəfə də sarı vərəqə alıb.
Müdafiəçinin “Ştutqart”la qüvvədə olan müqaviləsinin müddəti 2030-cu il iyunun sonunda başa çatır.
