Qazaxıstan futbol millisinin sabiq məşqçisi Andrey Ferapontov Azərbaycana gəlir.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis son çempion “Sabah” klubunun düşərgəsində təcrübə keçəcək.
O, yaxın zamanda Bakıya səfər edəcək. Lakin çalışdırıcının hansı müddətə kimi “bayquşlar”ın düşərgəsində olacağı məlum deyil.
Son olaraq ölkəsində "Kaysar" komandasına rəhbərlik etmiş Andrey Ferapontov vaxtilə Qazaxıstan millisində köməkçi məşqçi işləyib.
