Fransa millisinin sabiq futbolçusu “Şamaxı”da

19 İyun 2024 11:56
838
Fransa millisinin sabiq futbolçusu “Şamaxı”da

"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.biz xəbər verir ki, Premyer Liqaya qayıdan bölgə təmsilçisi Brahim Konateni heyətinə qatıb.

Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Karyerasına Fransanın "Oser" klubunda başlayan Konate Fransa U-20 yığmasında da oynayıb. 28 yaşlı futbolçunun son klubu isə İsrail "Hapoel Afula"sı olub.

İdman.biz

Məqalədə: