“Neftçi” “İmişli”yə qarşı oyuna neçə itki ilə çıxacaq? - “Ağ-qaralar”dan İDMAN.BİZ-ə AÇIQLAMA

11 Sentyabr 2026 12:18
75
“Neftçi” “İmişli”yə qarşı oyuna neçə itki ilə çıxacaq? - “Ağ-qaralar”dan İDMAN.BİZ-ə AÇIQLAMA

Bu gün Misli Premyer Liqasının beşinci turunda “İmişli”ni qəbul edəcək “Neftçi”nin heyətində itki var.

Bu barədə “ağ-qaralar”ın mətbuat katibi Asəf Zeynallı İdman.Biz-ə məlumat verib.

O bildirib ki, Andrey Ştoqrin zədə səbəbilə oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Yevlax şəhər stadionunda keçiriləcək “İmişli” - “Neftçi” oyunu saat 16:30-da başlayacaq. “İmişli” dörd xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. Doqquz xala malik “Neftçi” isə liderdir.

İdman.Biz
Məqalədə: