“Futbolda dayanıqlıq” mövzusunda seminar keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı İqlim Həftəsi çərçivəsində Misli Premyer Liqası və Birinci Liqa klublarının nümayəndələri üçün təşkil olunan seminarda iqlim dəyişikliyi, ətraf mühitin qorunması, futbolun ekoloji təsiri və dayanıqlı gələcəyin formalaşdırılması məsələləri müzakirə olunub.
Seminar zamanı mütəxəssislər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüb, futbolda dayanıqlı yanaşmaların əhəmiyyətinə diqqət çəkiblər.
