“Zirə”nin Avropa Liqasında rəqibi müəyyənləşib

Xəbərlər
18 İyun 2024 17:09
906
“Zirə”nin Avropa Liqasında rəqibi müəyyənləşib

Bu gün Avropa Liqasında 2024/25 mövsümünün ilk püşkü atılıb.

İdman.biz xəbər verir ki, İsveçrədəki Futbol Evində gerçəkləşən tədbirdə “Zirə”nin ilk rəqibi bəlli olub.

Rəşad Sadıqovun yetirmələri qitənin ikinci dərəcəli klub turnirinin I təsnifat mərhələsində "Şerif"lə (Moldova) qarşılaşacaq. Premyer Liqanın gümüş mükafatçısı iyulun 11-dəki ilk matçı səfərdə, 18-dəki cavab görüşünü evdə keçirəcək. Bu mərhələdə ümumilikdə 12 komanda 6 cüt təşkil edib.

Qeyd edək ki, sabah Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.

***

19:23

Bu gün Avropa Liqasında 2024/25 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycanın vitse-çempionu "Zirə"nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişıər səbətində yer alacaq.

Rəşad Sadıqovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.

İdman.biz

Məqalədə: