Hummels niyə “Malyorka”nı seçə bilər?

Xəbərlər
17 İyun 2024 21:32
136
Hummels niyə “Malyorka”nı seçə bilər?

Mats Hummels karyerasını İspaniyada davam etdirə bilər.

İdman.biz xəbər verir ki, almaniyalı müdafiəçi ilə “Malyorka” maraqlanır.

Dortmund “Borussiya”sını tərk edən Hummels sərbəst qalıb. Avropa ilə yanaşı Asiyadan da təkliflər alan 35 yaşlı futbolçu hələlik yekun qərarını verməyib. “Malyorka” Hummelsə illik 3 milyon avro təklif edib.

Qeyd edək ki, Matsın Malyorka adasında yaşayış məkanı var. Bu amil onun seçimində rol oynaya bilər.

İdman.biz