"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov "Dinamo"da çıxış edəcək.
İdman.biz xəbər verir ki, o, bu gün tibbi müayinədən uğurla keçib.
32 yaşlı qolkiper Moskva klubu ilə 2+1 illik müqavilə imzalayacaq. Lunyovun illik əmək haqqısı 900 min avro olacaq.
Qeyd edək ki, 2023/2024 mövsümünü "Qarabağ"da keçirən Andrey 43 oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu olub və ölkə kuboku qazanıb.
İdman.biz