Diomande “Atletiko” məğlubiyyətindən sonra 140 milyonluq paylaşım edib - VİDEO

22 Sentyabr 2026 18:27
43
Diomande “Atletiko” məğlubiyyətindən sonra 140 milyonluq paylaşım edib

“Real”ın futbolçusu Yan Diomande Madrid derbisində “Atletiko”ya 1:2 hesablı məğlubiyyətdən sonra sosial şəbəkədə paylaşım edib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 19 yaşlı kot-d’ivuarlı futbolçu Sethlo və L’Oiseau Rare ifaçılarının “Migbo (Remix)” mahnısının sədaları altında “TikTok” videosu yayımlayıb.

Videoda səslənən mahnıda “140 milyon – bu qədər istədilər” və “Onlar həmişə bizi tənqid edəcəklər” sözləri yer alıb. Mahnının davamında isə tənqidlərə baxmayaraq irəliləməkdən bəhs olunur.

“140 milyon” ifadəsi Diomandenin “Leypsiq”dən “Real”a transferinin maksimum məbləğinə uyğun gəlir. Madrid klubu bu yay futbolçu üçün 125 milyon avro ödəyib. Müqavilədə daha 15 milyon avro bonusların nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, “Atletiko” ilə derbi sentyabrın 20-də keçirilib. Diomande qarşılaşmada 54-cü dəqiqədə Vinisius Junioru əvəzləyib.

Diomandenin İspaniyadakı ilk mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 8 oyuna çıxıb. O, bu matçlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hesabında qol yoxdur. Diomande ümumilikdə 291 dəqiqə meydanda olub.

İdman.Biz