Avropa çempionatının ən erkən qolu - 23-cü saniyə

Xəbərlər
15 İyun 2024 23:32
812
Avropa çempionatının ən erkən qolu - 23-cü saniyə

Albaniya yığması Avropa çempionatları tarixində ən erkən qolun müəllifi olub.

İdman.biz xəbər verir ki, Nedim Bayrami AVRO-2024-ün 23-cü saniyədə hesabı açıb.

B qrupunun ikinci matçında Albaniya və İtaliya yığmaları qarşılaşıb. Albanların futbolçusu Bayrami turnirin tarixinə düşüb. O, ilk hücumdaca hesabı açıb.

Bundan əvvəlki rekord Rusiya yığmasının üzvü Dmitri Kiriçenkoya məxsus olub. O, AVRO-2004-də Yunanıstanla matçın 68-ci saniyəsində fərqlənib.

İdman.biz