Lionel Messi Əliyə çatıb - VİDEO

Xəbərlər
15 İyun 2024 12:34
3 243
Lionel Messi Əliyə çatıb - VİDEO

Lionel Messi Argentina millisində növbəti qollarına imza atıb.

İdman.biz xəbər verir ki, 37 yaşlı veteran Qvatemala ilə yoldaşlıq oyununda dubl edib.

Bununla da Messi yığmadakı qol sayını 108-ə çatdırıb. O, futbol tarixində millidə ən çox qol vuran ikinci oyunçu adına şərik çıxıb. Lionel İran millisində 108 qol vuran Əli Daeiyə çatıb. Amma asiyalı 148, argentinalı 182 matçda bu rəqəmə çatıb.

Dünya rekordu isə Kriştiano Ronaldoya məxsusdur. O, Portuqaliya millisində 130 qol vurub.

Qeyd edək ki, Argentina Qvatemalaya 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: