Serdal Adalı yenidən “Beşiktaş”ın prezidenti seçildi

4 Oktyabr 2026 22:13
81
Serdal Adalı yenidən “Beşiktaş”ın prezidenti seçildi

Türkiyənin “Beşiktaş” futbol klubunda növbədənkənar seçkili ümumi yığıncaq keçirilib.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, Sinan Erdem İdman Salonunda baş tutan seçkidə yeganə namizəd olan Serdal Adalı yenidən klub prezidenti seçilib.

Səsvermədə ümumilikdə 3910 səs istifadə olunub. Onlardan 3815-i Serdal Adalının lehinə olub. 37 səs etibarsız sayılıb, 58 bülleten isə boş çıxıb.

Adalı və yeni idarə heyəti 2028-ci ilin mayına qədər vəzifədə qalacaq. Yenidən prezident seçilən funksioner klubun idman uğurları və maliyyə müstəqilliyi istiqamətində çalışmalarını davam etdirəcəklərini bildirib.

İdman.Biz