“Hayduk”un Dzeko arzusu

Xəbərlər
14 İyun 2024 00:26
169
“Hayduk”un Dzeko arzusu

Bosniyalı hücumçu Edin Dzekonun “Fənərbaxça”nı tərk etməsi gözlənilir.

İdman.biz xəbər verir ki, o, yeni baş məşqçi Joze Mourinyonun planlarına daxil deyib.

Ərəb klublarından birinə keçməsi gözlənilən Dzekoya sürpriz təklif gəlib. Edinlə Xorvatiyanın “Hayduk” klubu maraqlanır. Split təmsilçisinin idman direktoru Nikola Kaliniç 38 yaşlı futbolçu ilə ilkin danışıqlara start verib.

Qeyd edək ki, “Hayduk” baş məşqçi vəzifəsinə Cennaro Qattuzonu gətirib.

İdman.biz