“Jirona”nın kapitanı “Bayer”də

Xəbərlər
13 İyun 2024 22:27
136
“Jirona”nın kapitanı “Bayer”də

Almaniya çempionu “Bayer” növbəti transferini reallaşdırıb.

İdman.biz xəbər ki, Leverkuzen klubu Aleş Qarsiyanı heyətinə cəlb edib.

“Jirona”dan transfer olunan 26 yaşlı futbolçuya 18+2 milyon avro ödənəcək. Qarsiya başa çatan mövsümdə komandanı kapitan kimi 40 oyunda meydana çıxarıb. Onun kataloniyalılarla 2026-cı ilin yayına kimi müqaviləsi var idi.

Qeyd edək ki, “Bayer”in ilk transferi “Renn”dən Januel Belosian olub.

İdman.biz