“Sabah” Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə ardıcıl dörd quru hesablı qələbə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bakı təmsilçisinin bu nəticəsi ölkə çempionatları tarixində yüksək dəstədə dördüncü belə seriyadır.
Daha əvvəl “Xəzri” 1995/1996, “Xəzər Lənkəran” 2017/2018, “Qarabağ” isə 2019/2020 mövsümündə çempionatın ilk dörd oyununda qol buraxmadan qalib gəlib.
“Xəzri” ilk dörd oyunda rəqiblərini ümumilikdə 6:0 hesabı ilə məğlub edib. “Xəzər Lənkəran” və “Qarabağ”ın seriyalarında isə top fərqi 10:0 olub. “Sabah” isə ilk dörd matçda 11 cavabsız qol vuraraq daha yüksək göstəriciyə imza atıb.
Beşinci turda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edən “Sabah” Premyer Liqada səfərdə 10-cu böyükhesablı qələbəsini əldə edib.
Paytaxt təmsilçisi rəqib meydanında ən azı 10 belə qələbə qazanan 11-ci komanda olub. “Sabah”ın səfərdə ilk böyükhesablı qələbəsi 2021-ci il dekabrın 16-da “Səbail” üzərində qeydə alınıb – 3:0.
“Şəfa” ilə qarşılaşmada fərqlənən Velko Simiç “Sabah”ın heyətində 20-ci qolunu vurub. Serbiyalı yarımmüdafiəçi bu göstəriciyə 46-cı oyununda çatıb.
Simiç Premyer Liqada 31 oyunda 13, Azərbaycan Kubokunda 6 oyunda 1, UEFA Çempionlar Liqasında isə 9 oyunda 6 qol vurub.
