“Araz-Naxçıvan” Azərbaycan çempionatları tarixinə düşdü

15 Sentyabr 2026 10:50
108
“Araz-Naxçıvan” Azərbaycan çempionatları tarixinə düşdü

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, yubiley qolu Misli Premyer Liqasının beşinci turuna təsadüf edib.

“Turan Tovuz”un futbolçusu Emmanuel Hakmanın avtoqolu Naxçıvan təmsilçisi üçün 150-ci olub.

2:2 hesabı ilə başa çatan görüşdə daha bir dəfə fərqlənən komanda 152-ci oyununda qol sayını 151-ə də çatdırıb. Bunlardan 80-i evdə, 71-i səfərdə qeydə alınıb.

“Araz-Naxçıvan” turnirin tarixində 150 və daha çox qol vuran 26-cı komanda olub. Klub tarixində yüksək dəstədəki ilk qol 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də İlham Allahyarov fərqlənib.

İdman.Biz