“Sabahın Ulduzları” Bakı Kubokunda U-15 yaş qrupu üzrə 11-ci turun oyunları davam edir.
İdman.Biz xəbər verir ki, üç qarşılaşma baş tutub.
Günün ən məhsuldar oyunlarından birində “Zirə” “Marafon” üzərində böyükhesablı qələbə qazanıb. “Sabah” da “Dinamo”nu inamlı hesabla məğlub edib. Digər matçda isə “Qəbələ” EFA-ya uduzub.
Sabahın Ulduzları
U-15, 11-ci tur
“Qəbələ” - EFA 0:2
Qollar: Raul Əsgərov, 32. Hüseyn Novruzlu, 55.
“Zirə” - “Marafon” 4:0
Qollar: Riyad Məhərrəmli, 12. Ceyhun Səfərli, 32. Əli Hüseynov, 35, 57.
“Sabah” - “Dinamo” 7:0
Qollar: Fəqan İbrahimov, 28. Yusif Ağayev, 31. Rüfət Həsənov, 55. Ayxan Əliyev, 57. Hüseyn Musayev, 64, 75. Əli Hüseynli, 70.
