“Neftçi” Premyer Liqanın ilk beş turunda ən məhsuldar komanda olub

15 Sentyabr 2026 10:45
105
“Neftçi” Premyer Liqanın ilk beş turunda ən məhsuldar komanda olub

“Neftçi” Misli Premyer Liqasının ilk beşinci turunda ən məhsuldar komanda olub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, 15 dəfə rəqib qapılarına yol tapan “ağ-qaralar”ın orta məhsuldarlığı 3,00-ə bərabərdir.

Bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/2017 mövsümündə “Qəbələ” ilk 5 matçında 15 qola sevinib. Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/2015 mövsümündə qeydə alınıb. Həmin vaxt “İnter” (indiki “Şamaxı”) 16 qola sevinib.

“Nefttçi” özünün 21-ci əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/2001 mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub.

“Neftçi”nin 6 qoluna imza atan Breno Almeyda son 14 mövsümün rekordunu təkrarlayıb. İlk 5 görüşdə daha çox qol vuran sonuncu oyunçu Junior Nildo 2012/2013 mövsümündə AZAL-ın heyətində 7 dəfə fərqlənib. Sonrakı illərdə Baqali Dabo (“Qəbələ”) 2016/2017, Ramil Şeydayev (“Qarabağ”) 2022/2023 mövsümündə Breno kimi 6 qol vurub.

“Neftçi”də isə son 16 mövsümdə ilk dəfə futbolçusu ilk 5 qarşılaşmada bu qədər qol vurub. 2010/2011 mövsümündə Bahodir Nasimov 7 qola imza atıb.

İdman.Biz
Məqalədə: