Elvin Camalov “Qəbələ”yə qayıtdı

15 Sentyabr 2026 11:56
248
Elvin Camalov “Qəbələ”yə qayıtdı

Ötən gün “Neftçi” ilə yollarını ayıran Elvin Camalovun yeni komandası məlum olub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi sabiq klubu “Qəbələ”yə qayıdıb.

O, bu gün komanda ilə məşqə də çıxacaq.

Elvin 2013-2019-cu illərdə “Qəbələ”də çıxış edib.

İdman.Biz