Ertuğrul Sağlamın qərarı: Şeydayev qalsın

Xəbərlər
12 İyun 2024 22:39
489
Ertuğrul Sağlamın qərarı: Şeydayev qalsın

Azərbaycanlı futbolçu Ramil Şeydayev “Kocaelispor”da qalacaq.

İdman.biz xəbər verir ki, bu qərarı komandanın baş məşqçisi Ertuğrul Sağlam verib.

İki gün əvvəl İzmit klubuna yeni prezident seçilib. Bu gün Recep Durulun rəhbərliyi ilə keçirilən iclasda komandanın gələcək planları müzakirə olunub. Baş məşqçi Sağlam Şeydayevin heyətdə saxlanılması ilə bağlı rəy təqdim edib. Bundan başqa, təcrübəli mütəxəssis xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də növbəti mövsümdə “Kocaelispor”da çıxış etməsinin tərəfdarıdır.

Qeyd edək ki, Ramil bu ilin yanvarında “Kocaelispor”a keçib. Türkiyə 1-ci Liqasında uğursuz çıxışdan sonra Şeydayevin komandanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb.

İdman.biz