Messi: “Bu, son olacaq"

Xəbərlər
12 İyun 2024 21:04
187
Messi: “Bu, son olacaq"

"İnter Mayami" Lionel Messinin çıxış etdiyi son klub olacaq.

İdman.biz xəbər verir ki, bu barədə argentinalı ulduz özü məlumat verib.

Messi futbol oynamaqdan zövq aldığını və karyerasının bitməsinə az qaldığını bildirib: "İnter Mayami" mənim son klubum olacaq. Futbol oynamağı çox sevirəm və bundan zövq alıram. Ona görə ki, karyeramın sonuna çox az vaxt qaldığını anlayıram".

Qeyd edək ki, Lionel 2023-cü ildən ABŞ klubunda çıxış edir. 36 yaşlı futbolçu "İnter Mayami"nin heyətində 29 oyunda 25 qol vurub, 16 ötürmə verib.

İdman.biz