Madrid “Real”ında bəzi KİV və azarkeşlərin Kilian Mbappeyə qarşı qarayaxma kampaniyası apardığını düşünürlər.
İdman.Biz "L’Équipe"yə istinadən xəbər verir ki, tənqidlər fransalı hücumçunun zədələnib Parisdə görülməsindən sonra səslənməyə başlayıb.
Məlumata görə, Mbappenin Parisə səfəri və burada gecə klubunda Ester Eksposito ilə fotoqrafların obyektivinə tuş gəlməsi klubla əvvəlcədən razılaşdırılıb. “Real”ın məşqçilər korpusu və tibb heyəti futbolçunun planlarından xəbərdar olub.
Mbappenin milli komandada aldığı sol diz zədəsi ona “Real”ın bazasında məşq etməyə və ya adi fizioterapiya keçməyə imkan vermir. Hücumçunun reabilitasiya planı futbolçunun özü, klubun tibb heyəti və baş məşqçi Joze Mourinyo ilə razılaşdırılıb.
Planın əsas məqsədi Mbappenin dizinə istirahət vermək və müalicə prosesini sürətləndirməməkdir.
