Türkiyənin “Fənərbağça” futbol klubu “Turan Tovuz”la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gəlib.
İdman.Biz xəbər verir ki, komandanı Heydər Əliyev adına Beynəlxalq Aeroportda klubun azərbaycanlı fan-klubunun nümayəndələri və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq görüşü oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
