Rafinya ciddi zədədən yayındı - “Barselona”nın hücumçusu “Xetafe” ilə oynaya biləcək

2 Oktyabr 2026 20:46
67
Rafinya ciddi zədədən yayındı - “Barselona”nın hücumçusu “Xetafe” ilə oynaya biləcək

“Barselona”nın futbolçusu Rafinya tibbi müayinədən keçib.

İdman.Biz jurnalist Alfredo Martinezə istinadən xəbər verir ki, braziliyalı futbolçuda ciddi zədə aşkar edilməyib.

Rafinyanın La Liqanın səkkizinci turunda oktyabrın 10-da “Xetafe”yə qarşı keçiriləcək oyunda iştirak edə biləcəyi qeyd olunub.

Qeyd edək ki, Rafinya sentyabrın 29-da Braziliya və Avstraliya yığmaları arasında keçirilən yoldaşlıq görüşündə (2:4) zədələnib. Hücumçu sağ bud nahiyəsindəki narahatlıq səbəbindən fasilədə əvəzlənib.

Braziliya Futbol Konfederasiyasının yaydığı məlumata görə, müayinə zamanı Rafinyanın sağ budunun arxa hissəsində yüngül əzələ şişkinliyi aşkarlanıb.

İdman.Biz