Vaqif Sadıqovdan Santuşun təyinatına MÜNASİBƏT

Müsahibə
12 İyun 2024 14:00
2 261
Vaqif Sadıqovdan Santuşun təyinatına MÜNASİBƏT

“Qazaxıstanla matçda Arif Əsədovun dediklərini həyata keçirən komanda var”.

Bunu İdman.bizə AFFA-nın sabiq vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, Azərbaycan millisinin Qazaxıstanla yoxlama oyununu şərh edib. Məşqçilər Komitəsinin sədri 3:2 hesablı qələbədə məşqçi Arif Əsədovu fərqləndirib: “O, matçdan öncə dominant futbol oynamağa çalışacaqlarını və rəqibə basqılar göstərib, sürətli futbol nümayiş etdirəcəklərini demişdi. Bunlar ondan irəli gəlir ki, bu gün komandanın daxilində futbolçu-məşqçi münasibəti çox yüksək səviyyədədir. Ümumiyyətlə, niyyəti bir olan komandada uğura imza atmaq mümkündür. 0:2 hesabı ilə geridə olan yığmamızın geridönüşünə alqış düşür. Onlar komandada abu-havanın yüksək olduğunu göstərdilər”.

O, Azərbaycan millisinə yeni təyin olunan baş məşqçi Fernandu Santuşa uğurlar arzulayıb: “Qazaxıstanla matçda bir daha şahid olduq ki, potensiallı yığmamız var və bu milli ilə istəyə çatmaq mümkündür”.

Qeyd edək ki, Santuşun qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

Banuçiçək Hüseynli
İdman.biz