Kriştiano Ronaldo & Maksim Medvedev

Xəbərlər
12 İyun 2024 10:28
2 270
Kriştiano Ronaldo & Maksim Medvedev

Kriştiano Ronaldonun karyerası ərzində keçirdiyi oyun sayında dünya rekordu qırmasından sonra 1000 və daha çox matçda iştirak edən futbolçuların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində 22 oyunçu yer alıb.

Ronaldodan başqa yalnız iki futbolçu 1200-ü də arxada qoyub. Bunlar qapıçılar Rojerio Seni və Peter Şiltondur.

Siyahıda Azərbaycan futbolçuları yer almayıb. Bu yaxınlarda zəngin karyerasını başa vuran Maksim Medvedev ümumilikdə 633 matça çıxıb. O, millidə 81, “Qarabağ”da 552 oyun keçirib.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 1226
2. Rojerio Seni (Braziliya) - 1225
3. Peter Şilton (İngiltərə) - 1217
4. Fabio (Braziliya) - 1182
5. Roberto Karlos (Braziliya) - 1090
6. Canluici Buffon (İtaliya) - 1070
7. Rey Klemens (İngiltərə) - 1069
8. Xavyer Zanetti (Argentina) - 1067
9. Lionel Messi (Argentina) - 1062
10. Dani Alves (Braziliya) - 1056
11. İker Kasilyas (İspaniya) - 1048
12. Pet Cenninqs (Şimali İrlandiya) - 1046
13. Qlen Ferqyuson (Şimali İrlandiya) - 1041
14. Luka Modriç (Xorvatiya) - 1038
15. Raul (İspaniya) - 1034
16. Paolo Maldini (İtaliya) - 1028
17. Yasuhito Endo (Yaponiya) - 1028
18. Rayan Qiqqs (Uels) - 1027
19. Joao Moutinyo (Portuqaliya) - 1020
20. Xavi (İspaniya) - 1017
21. Noel Baile (Şimali İrlandiya) - 1013
22. Frenk Lempard (İngiltərə) – 1009

İdman.biz