Ukrayna 4, Portuqaliya 3 qolla qalib gəlib - VİDEO

Xəbərlər
12 İyun 2024 00:37
635
Ukrayna 4, Portuqaliya 3 qolla qalib gəlib - VİDEO

Portuqaliya yığması Avropa çempionatı öncəsi böyükhesablı qələbə qazanıb.

İdman.biz xəbər verir ki, komanda öz meydanında İrlandiyanın qapısından 3 cavabsız top keçirib.

Qollardan ikisinin müəllifi Kriştiano Ronaldo olub. Bu qarşılaşma ulduz futbolçu üçün əlamətdar olub. O, 1226-cı dəfə meydana çıxaraq, dünya rekordunu imza atıb.

AVRO-2024-ün iştirakçısı Ukrayna Moldvanı 4:0 hesabı ilə məğlub edib. Yunanıstan isə Malta ilə görüşdə ciddi çətinliklə üzləşməyib (2:0).

Yoldaşlıq oyunları
11 iyun

Belarus – İsrail – 0:4
Yunanıstan – Malta – 2:0
Moldova – Ukrayna – 0:4
Portuqaliya – İrlandiya – 3:0

İdman.biz