Rüfət Abdullazadənin komandası İsraildə darmadağın oldu

15 Sentyabr 2026 01:31
53
Rüfət Abdullazadənin komandası İsraildə darmadağın oldu

Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadə İsrail futbol çempionatının dördüncü turunun matçında iştirak edib.

İdman.Biz-in məlumatına görə, azərbaycanlı futbolçunun çıxış etdiyi “Hapoel” (Kiryat-Şmona) öz meydanında Hayfanın “Makkabi” komandası ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 0:4 hesablı ağır məğlubiyyəti ilə başa çatıb.

Abdullazadə oyuna start heyətində başlayıb və 69 dəqiqə meydanda olduqdan sonra əvəzlənib.

Bu məğlubiyyətdən sonra “Hapoel” üç xalla İsrail çempionatının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

İdman.Biz