“Opta” superkompüteri 2026/2027 mövsümündə Avropa Liqasının qalibi olmağa əsas namizədləri müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, turnirin əsas favoriti İngiltərənin “Bornmut” klubu olub. Komandanın kuboku qazanmaq ehtimalı 14,3 faiz qiymətləndirilib.
Portuqaliyanın “Benfika”sı 14 faiz göstərici ilə ondan çox az geri qalır. Əsas iddialılar üçlüyünə 10,2 faiz ehtimalla Almaniyanın “Bayer” klubu da daxil olub.
İlk 10-luqda yer alan digər komandaların şansları belədir:
“Union” (Belçika) – 8,6%;
“Sanderlend” (İngiltərə) – 8,3%;
“Yuventus” (İtaliya) – 7,8%;
“Kristal Pelas” (İngiltərə) – 7,3%;
“Milan” (İtaliya) – 5,4%;
“Renn” (Fransa) – 3,9%;
“Lion” (Fransa) – 3,2%.
Avropa Liqasının son qalibi “Aston Villa”dır. Ötən mövsümün finalında İngiltərə klubu “Frayburq”u 3:0 hesabı ilə məğlub edib.
