İspaniya La Liqasının beşinci turu çərçivəsində “Vilyareal” və “Betis” komandaları qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Vilyareal şəhərindəki “Keramika” stadionunda keçirilən görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
Oyunda ilk qolu 29-cu dəqiqədə “Vilyareal”ın hücumçusu Xerar Moreno vurub. Qonaqların hücumçusu Kuço Ernandes 39-cu dəqiqədə hesabı bərabərləşdirib. Dörd dəqiqə sonra “Betis”in müdafiəçisi Natan matçın son nəticəsini müəyyənləşdirib – 2:1.
Bu nəticədən sonra “Vilyareal” beş turda 2 xal toplayaraq turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Betis” isə 12 xal toplayaraq ikinci pilləyə yüksəlib.
Növbəti turda “Vilyareal” sentyabrın 17-də səfərdə “Malaqa” ilə qarşılaşacaq. “Betis” isə həmin gün doğma meydanda “Xetafe”ni qəbul edəcək.
