Asiya Çempionlar Liqasının Elit mərhələsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” klubu öz meydanında Təbrizin “Traktor” komandasını qəbul edib.
İdman.Biz xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun taleyini həll edən yeganə qol matçın 22-ci dəqiqəsində vurulub. Y. Sesar fərqlənərək komandasını hesabda önə keçirib.
Bu nəticədən sonra “Traktor” 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.
“Traktor” matça ciddi itkilərlə çıxıb. Komandanın əsas qapıçısı Əlirza Beyranvənd diskvalifikasiya səbəbindən qarşılaşmada iştirak etməyib. O, ötən mövsüm AFC Çempionlar Liqası Elit turnirinin son oyununda qırmızı vərəqə alıb. Mehdi Torabi və Mehdi Haşemnejad da zədə səbəbindən meydana çıxmayıb.
