Vüsal İsgəndərli Kosovo çempionatında dördüncü qolunu vurdu - VİDEO

15 Sentyabr 2026 00:26
66
Vüsal İsgəndərli Kosovo çempionatında dördüncü qolunu vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Kosovo çempionatında növbəti qolu ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, 30 yaşlı futbolçu Superliqanın altıncı turunda səfərdə keçirilən və komandası “Malişeva”nın “Lapi”ni 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada fərqlənib.

İsgəndərli meydana start heyətində çıxıb və 41-ci dəqiqədə hesabı açaraq komandasının böyükhesablı qələbəsinin təməlini qoyub.

Azərbaycanlı hücumçu üçün bu qol Kosovo Superliqasının cari mövsümündə dördüncü olub.

Altı turdan sonra “Malişeva” 13 xal toplayıb və turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

İdman.Biz